"Liverpul" "Portu"ya, "Tottenhem" "Mançester Siti"yə qalib gəldi

00:52 - 10 Aprel 2019

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, "Liverpul" "Enfild"də "Portu" qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

 

Digər qarşılaşmada isə İngiltərə klubları üz-üzə gəlib. "Mançester Siti" səfərdə "Tottenhem"ə 0:1 hesabı ilə uduzub.

 

Çempionlar Liqası

1/4 final

 

“Liverpul” (İngiltərə) – “Portu (Portuqaliya) - 2:0

Qollar: Nəbi Keyta, 5, Roberto Firmino, 26

 

“Tottenhem” (İngiltərə)  – “Mançester Siti” (İngiltərə) - 1:0

Qol: Son, 78

Qeyri-dəqiq penalti: Serxio Aquero, 13 ("Mançester Siti")

Xəbər xətti