PFL nümayəndələri Naxçıvanda: kubokun finalı üçün

17:17 - 25 Aprel 2019

Bu mövsüm Azərbaycan kubokunun final oyunu Naxçıvanda keçiriləcək. Yarışı təşkil edən Peşəkar Futbol Liqasının bir qrup nümayəndə heyəti həlledici oyuna az qalmış adıçəkilən yerə yollanıblar. 

 

Sportal.az-a açıqlama verən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Naxçıvan şəhər stadionunun son vəziyyəti ilə tanış olacaqlarını deyib:

 

"Bir az öncə Naxçıvana gəlmişik. Kubokun final matçının keçiriləcəyi stadiona baxacağıq. Müəyyən detallara nəzər yetirməliyik. Həm də hər il olduğu kimi, Naxçıvanda "Heydər Əliyev kuboku" keçiriləcək. Bununla bağlı da müəyyən işlərə nəzər yetirməliyik. Stadionlara və komandaların qalacağı yerlərə baxacağıq".

 

Azərbaycan kubokunun final oyunu mayın 19-da baş tutacaq.

Xəbər xətti