Dmitri Nazarov yol üstündə: "Müxtəlif təkliflərim var"

16:55 - 29 Aprel 2019

Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"də çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az "mdr.de" saytına istinadən xəbər verir ki, çempionatın 31-ci turunda "Bohum"la (3:2) matçın 90+4-cü dəqiqəsində penaltidən qol vurmaqla komandasına qələbə qazandıran 29 yaşlı yarımmüdafiəçi gələcək karyerasından danışıb. Cri mövsüm az oynayan Nazarov təkliflər aldığını deyib:

 

"Müxtəlif təkliflərim var. Azərbaycan millisinə müntəzəm dəvət alıram. Hələ klubumla 2 illik müqavilə var. Burda özümü rahat hiss edirəm. Uğur qazanmaq üçün müqaviləni vaxtından əvvəl uzatmışdım. Bu mövsüm mənim üçün asan keçmədi. Ancaq azarkeşlər rahat olsunlar. Bu komanda mənim üçün çox vacibdir. Hazırda diqqətimi klubuma və oyunuma kökləmişəm".

Xəbər xətti