Aftandil Hacıyev: "Essyen universal futbolçudur, ancaq yaş öz sözünü deyir"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Qarabağ"a 0:4 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb. 

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis ggörüləsi işlərinin çox olduğunu bildirib: "Bu gün heyətlə bağlı problemlərimiz var idi. Qarşıda görüləsi işlərimiz çoxdur. Maykl Essyen "Çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudur. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyir".

 

Hacıyev bildirib ki, "Səbail" rəhbərliyi ona yeni müqavilə təklif edib, lakin hələ detallar barədə söhbət olmayıb: "Medal qazanacağıma inam vardı. Əvvələr əvəzedici komandalarda bunu bacarmışdım. Qışa qədər mənim üçün ağır keçdi. Premyer Liqada baş məşqçi kimi ilk ilimdə medal qazanmaq xoş haldır".

Tarix: 5 May [21:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Noyabr 2019
11  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio