Ayxan Abbasov: "Mövsümün ən vacib oyunu olacaq"

19:28 - 11 May 2019

Azərbaycan Premyer Liqasının 28-ci turunda evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis öncə oyunu şərh edib: 

 

"Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizi bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət bizim üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm. Cəmi bir oyunumuz qalıb. Yenə rəqib "Qəbələ"dir. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq".

Xəbər xətti