19 ildən sonra "Roma"nı tərk edir

İtaliyanın "Roma" klubu mövsümün sonunda kapitanı Daniele de Rossi ilə yolları ayıracaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu gün mətbuat konfransı keçirəcək. De Rossi karyerasını başa vurmayacaq. Onun Avropadan kənarda oynayacağı gözlənilir. Əfsanəvi futbolçu A Seriyasının 38-ci turunda "Parma" ilə ev matçında azarkeşlərlə vidalaşacaq.

 

De Rossi 2000-ci ildə "Roma"ya gəlib və 1 il sonra əsas komandaya yüksəlib. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixində ikinci ən yaxşı göstəricidir.

 

Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub.

Tarix: 14 May [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio