"Ayaks"ın baş məşqçisindən böyük klublara rədd cavabı

"Ayaks"dakı uğurları ilə diqqət çəkən hollandiyalı baş məşqçisi Erik ten Haq gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, adı nəhəng klublarla hallanan mütəxəssis Amsterdam klubunda qalacağını bəyan edib: "Adımın "Barselona", "Bayern", "Çelsi" kimi klublarla hallanması gözəldir, ancaq "Ayaks"la müqaviləm var. Həm də burada yaxşı zaman keçirirəm və özümü komandada yaxşı hiss edirəm. Gələn mövsümün planlarını qururuq. Hazırda ayrılığı düşünmürəm".

 

"Ayaks" 49 yaşlı mütəxəssisin rəhbərliyi altında Çempionlar Liqasında yarımfinal mərhələsinə qədər irəliləyib. Bundan əlavə, amsterdamlılar ölkə kubokunu qazanıb və Erediviziya çempionu olub.

Tarix: 15 May [17:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio