"Qəbələ" yeni mövsüm üçün büdcəsini müəyyənləşdirdi

11:11 - 16 May 2019

"Qəbələ" yeni mövsüm üçün büdcəsini müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı qaralar" növbəti mövsüm üçün 1,5 milyon manatlıq büdcə nəzərdə tutub. Əgər komanda ölkə kubokunu qazanıb, avrokuboklara vəsiqə qazansa, rəhbərlik büdcəni 4-5 milyon manata qədər qaldıracaq.

 

"Qəbələ" Premyer Liqada mövsümü dördüncü pillədə başa vurub. Bölgə təmsilçisi Azərbaycan kubokunun finalında "Sumqayıt"la qarşılaşacaq. 

Xəbər xətti