"Zirə"də yeni müqavilə

12:12 - 16 May 2019

"Zirə" qış fasiləsində 6 ay + 1 illik müqavilə imzaladığı botsvanalı yarımmüdafiəçi Mfo Kqasvane ilə bağlı qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Samir Abasovun istəyilə botsvanalı futbolçu komandada qalıb. Müqavilənin şərtlərinə uyğun olaraq, 24 yaşlı hücumameyilli futbolçu ilə anlaşma 1 il uzadılıb.

 

Kqasvane "Zirə"də 13 oyuna 4 qol vurub.

Xəbər xətti