Nikola Yurçeviç millinin heyətini açıqladı SİYAHI

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 27 futbolçuya dəvət yollayıb:

 

Qapıçılar: Səlahət Ağayev (Neftçi), Emil Balayev (Tobol, Qazaxıstan), Şahruddin Maqomedaliyev (Qarabağ)

 

Müdafiəçilər: Maksim Medvedev (Qarabağ), Ömər Buludov (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rahil Məmmədov (Qarabağ), Anton Krivotsyuk (Neftçi), Pavel Paşayev (Oleksandriya, Ukrayna), Şəhriyar Rəhimov (Səbail), Bəhlul Mustafazadə (Qəbələ)

 

Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ),  Riçard Almeyda (Qarabağ), Eddi İsrafilov (Alcorcon, İspaniya), Emin Mahmudov (Neftçi), Əli Babayev (Sumqayıt),  Aleksey İsayev (Sumqayıt),  Dmitri Nazarov (Erzgebirge Aue, Almaniya), Rəşad Eyyubov (Sabah), Namiq Ələskərov (Neftçi), Araz Abdullayev (Qarabağ)

 

Hücumçilar: Mahir Emreli (Qarabağ), Ramil Şeydayev (Krılya Sovetov, Rusiya), Rüfət Dadaşov (Proysen Münster, Almaniya), Mirabdulla Abbasov (Neftçi), Renat Dadaşov (Eştoril, Portuqaliya), Ağabala Ramazanov (Səbail)

 

Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.

Tarix: 16 May [16:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio