Azərbaycan kubokunda finalın 21-ci cütlüyü

11:07 - 17 May 2019

Mayın 19-da Azərbaycan kubokunun 2018/19 mövsümünün son oyunu keçiriləcək.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yarışın final matçında “Qəbələ” və “Sumqayıt” qarşılaşacaq. Bu, komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcək. İndiyədək yalnız çempionatda qarşılaşan komandalar kubokun 27 illik tarixinə 465-ci cüt kimi düşəcək.

 

Əvvəlki 25 finalda isə 20 fərqli cütlük üz-üzə gəldiyindən “Qəbələ” – “Sumqayıt” 21-ci kimi tarixə düşəcək.

Xəbər xətti