Kasilyas karyerasını bitirməyib: "Həmin xəbəri sizinlə paylaşmağıma icazə verin"

Ötən gün "Portu"nun qapıçısı İker Kasilyasın karyerasını başa vurduğu barədə xəbərlər yayıldı.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı qapıçı "Twitter" hesabında məlumatı təkzib edib. "Karyeramı başa vuracağım gün mütləq gələcək. O an gələndə həmin xəbəri sizinlə paylaşmağıma icazə verin. İndi sakitlikdir. Dünən həkim Felipe Mekado ilə görüşdüm. Hər şey çox yaxşıdır. Bu, mənim hər kəslə paylaşmaq istədiyim möhtəşəm xəbərdir", - deyə Kasilyas qeyd edib.

 

Təcrübəli qapıçı bir müddət öncə məşqdə infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Ötən gün Portuqaliya mətbuatında ispaniyalı qolkiperin karyerasını başa vurduöu barədə məlumatlar yayılmışdı.

 

Kasilyas futbola 1990-cı ildə Madrid "Real"ın başlayıb və 1998-ci ildə peşəkar karyera qurub. O, 2015-ci ildə "Portu"ya keçib. Təcrübəli qapıçı 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib.

Tarix: 18 May [14:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio