Portuqaliyada çempion müəyyənləşdi

01:05 - 19 May 2019

Portuqaliya Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, sonuncu - 34-cü turda evdə "Santa Klara"nı 2:1 hesabı ilə məğlub edən "Benfika" xallarını 87-yə çatdırıb və çempion olub.

 

Lissabon təmsilçisi ən yaxın izləyicisi "Portu"nu 2 xal qabaqlayıb.

 

"Benfika" tarixi ərzində 37-ci çempionluğunu qazanıb və Portuqaliyada rekord göstəricidir.

 

"Benfika" Portuqaliyanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək. "Portu" isə ÇL-in təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "Sportinq", "Braqa" və "Vitoriya" klubları Avropa Liqasında çıxış edəcək.

Xəbər xətti