Əmrə "Fənərbaxça"ya qayıdır - prezident açıqladı

18:09 - 22 May 2019

"Başakşəhər"in kapitanı Əmrə Belözoğlunun "Fənərbaxça"ya keçməsi ehtimalı yüksəkdir.

 

Sportal.az xəbər verir ki, klub prezidenti Göksel Gümüşdağ bu barədə məlumat verib.

 

"Əmrə növbəti mövsüm "Fənərbaxça"da oynayıb, futbolçu karyerasına son qoymaq istəyir", - deyə "Başakşəhər"in prezidenti qeyd edib.

 

Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"in uğurları üçün çalışır.

Xəbər xətti