Ölkə prezidenti yığma karyerasını başa vuran futbolçunun qərarını dəyişdirdi

18:28 - 22 May 2019

Qana millisinin tarixində ən çox qol vuran futbolçu olan Asamoa Qyan ötən gün yığma karyerasını başa vurduğunu açıqlamışdı.

 

Sportal.az xəbər verir ki, Qananın prezidenti Nana Akufo-Addo Türkiyənin "Kayserispor" klubunda çıxış edən hücumçudan fikrini dəyişdirməsini istəyib.

 

"Ölkə prezidentinin tələbi qəbul edilməyəcək bir şeydir. Onun istəyini yaxşı niyyətlə qəbul etdim. Özümü baş məşqçi Kvasi Appyanın seçiminə hazır halda gətirəcəm", - deyə Qyan "Twitter" hesabında qeyd edib.

 

33 yaşlı hücumçu millidə 106 oyuna 51 qol vurub.

 

Qana milli komandası Afrika kubokunda çıxış edəcək.

Xəbər xətti