Özil azərbaycanlı azarkeşlərə səsləndi

00:00 - 23 May 2019

"Arsenal"ın futbolçusu Məsut Özil azərbaycanlı azarkeşlərə səslənib.

 

Sportal.az xəbər verir ki, Türkiyə əsilli alman yarımmüdafiəçi Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı Azərbaycan dilində yerli fanatlara müraciət edib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.

 

Qeyd edək ki, Avropa Liqasınınfinalında İngiltərənin "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Oyun mayın 29-da Bakı Olimpiya Stadionunda  keçiriləcək.

 

Xəbər xətti