"Barselona"nı "Benfika"ya dəyişir

12:07 - 23 May 2019

"Barselona" klubdan ayrılacağını bəyan edən Yasper Sillessen üçün "Benfika"dan ikinci transfer təklifini alıb.

 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Portuqaliya klubu hollandiyalı qolkiperin transferi üçün katalonlarla anlaşmaq üzrədir.

 

Lissabon təmsilçisi bu keçid üçün 20-25 milyon avro ödəyəcək.

 

2016-cı ildə "Ayaks"dan 13 milyon avroya transfer edilən Sillessenin "Barselona" ilə müqaviləsi 2021-ci ilə qədərdir. 30 yaşlı əlcək sahibi 31 dəfə Kataloniya klubunun qapısını qoruyub.

Xəbər xətti