Azərbaycan kubokunun qalibi müəyyənləşdi

17:46 - 23 May 2019

Futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, həlledici qarşılaşmada EKOL-la “Advokat” üz-üzə gəlib.

 

İkinci Liqada çıxış edən “Advokat” finala qədər irəliləsə də, kuboku qazana bilməyib. Həlledici qarşılaşmada EKOL 7:3 hesabı ilə qalib gələrək, 4-cü dəfə bu titula yiyələnib.

 

Komanda 2010/11, 2011/12 və 2015/16 mövsümlərində də Azərbaycan kubokuna yiyələnib.

 

Azərbaycan kuboku, final

23 may

 

EKOL – “Advokat” - 7:3

Qollar: Fərid Atakişiyev, 02:48, 31:17; Namiq Məmmədkərimov, 03:06, 10:16, 15:01, 16:06; Ələsgər Ələsgərli, 25:44 - Ceyhun Əhmədov, 03:31; Vüsal İsayev, 27:17; Seymur Davıdov, 29:26

Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Rahin Heybətov

Bakı İdman Sarayı

Xəbər xətti