Əsgərov qol vurdu, komandası qələbəni əldən verdi

12:15 - 28 May 2019

Latviya yüksək liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular - Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə lider RFS klubu ilə qarşılaşıb. “Dauqavpils” hesabda 2:0 önə keçsə də, yekunda məğlub olub - 2:3. 


Vüqar Əsgərov 90 dəqiqə mübarizə apardığı matçda komandasının ilk qolunu vurub.


Turalla Elvinin adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

 

16 xalı olan “Dauqavpils” 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.

 

Vüqar Əgərov 7 qolla bombardirlər siyahısında yer alıb.

Xəbər xətti