Abdullah Avcı "Beşiktaş"a yeddi nəfərlə gəlir

14:08 - 30 May 2019

"Beşiktaş"ın yeni baş məşqçisi böyük ölçüdə məlum olub.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Şünol Günəşin milli komandaya gedişindən sonra klub rəhbərliyi "Başakşəhər"in çalışdırıcısı Abdullah Avcıyla görüşüb.

 

Avcı İstanbul klubu ilə görüş zamanı şərtlərini irəli sürüb. Təcrübəli mütəxəssis 7 nəfərlik məşqçi heyətini də özüylə gətirəcəyini bildirib. O, transferlərə özü nəzarət etmək istədiyini söyləyib.

 

Abdullah Avcının köməkçiləri:

 

Köməkçi məşqçi: Rəcəb Uçar;

Köməkçi məşqçi: Orhan Ak;

Qapıçı məşqçi: Haluk Güngör;

Psixoloji performans analizi: Yaşar Çevikel;

Oyun və performans analizi: Caner Erol;

Köməkçi oyun və performans analizi: Sərdar Keşçi;

Fərdi performans məşqçisi: Can Kaplanoğlu.

 

Görüşdə Avcının maliyyə şərləri müzakirə edilməsə də, onun bonuslarla birgə illik 1 milyon avro qazanacağı qeyd edilib.

 

"Beşiktaş"ın prezidenti Fikrət Orman "Başakşəhər"in başqanı Göksəl Gümüşdağla görüşüb və Abdullah Avcını rəsmən istəyib. Görüş zamanı tərəflər anlaşma əldə edib.

 

"Beşiktaş" "Başakşəhr"in 32 yaşlı moldovalı müdafiəçisi Aleksandr Epuryanunu da transfer edəcək.

 

Epuryanu 2014-cü ildən İstanbul klubunda çıxış edir. O, 163 oyuna 15 qol vurub, 1 assist edib.

 

Abdullah Avcı 2014-cü ildən "Başakşəhər"i çalışdırır. Komanda 55 yaşlı mütəxəssisin rəhbərliyi altında son mövsümü Super Liqada 2-ci yerdə tamamlayıb.

Xəbər xətti