Emil Balayev ən yaxşı seçildi

13:03 - 3 İyun 2019

Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqanın 13-cü turunda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, oyunun ən yaxşısı adına layiq görülüb. Onun indeks balı 313 olub.

 

Baurjan Turısbek (285) 2-ci, Ruslan Valiullin (275) 3-cü olub

 

Emil Balayev sözügedən matçda penalti dəf edib.

Xəbər xətti