PSJ-nin prezidenti İngiltərədə klub alır

14:52 - 4 İyun 2019

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi İngiltərənin "Lids Yunayted" klubu almaq üçün hərəkətə keçib.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, iş adamının “Qatar Sports Investments” fondu "Lids"in bir hissəsini almaq üçün danışıqlar aparır.

 

Nasser Əl-Xəlaifi İngiltərə Çempionşipində çıxış edən klubun əsas səhmdarı Andrea Radridzani ilə görüşüb. danışıqların ilk mərhələsinin uğurlu keçdiyini yazıb.

 

Qeyd edək ki, "Lids Yunayted" Premyer Liqaya vəsiqəni pley-off oyununda uduzmaqla itirmişdi.

Xəbər xətti