Şenol Günəş Fransa zəfərini şərh etdi: "Dünya çempionunu məğlub etməyin bir mənası yoxdur"

Avropa çempionatının seçmə mərhələsində evdə Fransanı 2:0 hesabı ilə məğlub edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:

 

"Meydanda əlaqəni yaxşı qurduq, Allah da yardım etdi. Haqq etdiyimiz üç xalı qazandıq. Xoşbəxt olmaq üçün ümidliyik. Bu komanda həmişə sevinc və üimd vermək üçün buradadır. Bunu həyata keçirmək hər birimizi qürurlandırır. Ciddi bir rəqiblə oynadıq. Bu oyun 3-4 top fərqi ilə də bitə bilərdi. Doğruları edərək, qalib gəldik, amma qısa vaxtımız var. İslandiya ilə oyunu düşünməliyik. Uzun yol gedərək, İslandiya ilə oynayacağıq".

 

Təcrübəli çalışdırıcı AÇ-2020-nin final mərhələsini düşünməyin erkən olduğunu deyib:

 

"Avropa çempionatına yollanmağımız lazımdır. Daha sonra da dünya çempionatı var. Hər ikisinə getməliyik, ancaq danışmaq üçün erkəndir. Fransa ilə oyun sadəcə, hesabdır. Qorxulu və dünya çempionu olmuş komandanı məğlub etdik. Biz hələ oralara getməmişik".

 

Mütəxəssis qələbənin böyüdülməməsini istəyib:

 

"Fransanı udduq, amma bunu böyütmək lazım deyil. Ağır İslandiya səfərimi var. Futbolçularla ortaq hədəfimiz var. Birlikdə olanda bacarmayacağımız bir şey yoxdur. Fransa İslandiya deyil. Bu ekstra üç xaldır. Bir xal qazansaydıq, pis hesab etməyəcəkdim. Biz öz futbolumuzu oynadıq. Müdafiədə qalaraq, oyunamaq olmaz. Meydanın hər yerində vuruşduq. Bu tip oyunlardan sonra qanadlanmaq olmaz. Uşaqlar həqiqətən də yaxşı performans sərgilədi. Dünya çempionunu məğlub etməyin bir mənası yoxdur. Bu, mətbuat üçün gündəmdir, ancaq bizim üçün önəmli deyil. Nəticə qazana-qazana Avropa çempionatına yolanmalı və orada özümüzü göstərməliyik".

 

Şenol Günəş azarkeşlə barədə də danışıb:

 

"Dünyanın harasında olursa olsun, türk insanın komanda ilə eyni hissdə olduğunu bilirəm. Dua, qeyrət, ümid – meydanda bir ssenari idi. Azarkeşlərin isti münasibəti, möhtəşəm dəstəyi çox köməyimiz oldu, rəqib təzyiq altına düşdü. Bu, hər zaman belədir. Türkün birləşərək bacarmadığı iş yoxdur. Bu işin idman prinsiplərindən başqa, mental tərəfi də var. İstədiyimiz oyunu göstərə bilsək, hər işi bacaracağımızı düşünürəm. Buna görə də Avropa çempionatına getməliyik. Dünya çempionatına da qatılmalıyıq. Hələ işin başlanğıcındayıq. Bu, bizim ortaq hədəfimiz, xəyalımızdır".

Tarix: 9 İyun [14:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio