Luka Modriç: "Real"da oynamaq üçün lazım olan gücə sahibəm"

17:11 - 12 İyun 2019

"Real"ın yarımmüdafiəçisi Luka Modriç gələcək karyerası ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu Madrid klubunda oynayacaq gücə sahib olduğunu deyib:

 

"Real"ın səviyyəli futbolçularından biriyəm. Bu da daha çox məsuliyyətli olmağı tələb edir, ancaq bu, mənim xoşuma gəlir. Gələn mövsüm daha yaxşı yerdə olacağımızdan əminəm. Ötən mövsümü yaxşı keçirmədik, ancaq böyük futbolçuların klubumuza gələcəyindən əminəm. Ehtiyacımız olan budur. "Real"da istənilən səviyyədə oynamaq üçün lazım olan gücə sahibəm. Yeni mövsümü səbirsizliklə gözləyirəm".

 

Xorvatiyalı futbolçu yeni mövsümdə hədəfləri barədə danışıb:

 

"Gələn mövsüm bütün kuboklar üçün yarışacağımızı düşünürəm. Karyeramı başa vurmaq barədə düşüncəm yoxdur. Hazırda özümü yaxşı hiss edirəm. Sadəcə, ötən mövsüm bizim üçün yaxşı keçmədi".

Xəbər xətti