Aftandil Hacıyevin müqaviləsinin şərtləri dəyişdirildi

17:02 - 13 İyun 2019

Tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək “Səbail”in rəhbərliyi məşqçilər korpusunun işini müzakirə edərək, müvafiq qərarlar verilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Aftandil Hacıyev və onun köməkçiləri ilə yeni mövsümdə də çalışmaq barədə qərar qəbul edilib.

 

Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə 1 illik yeni müqavilə imzalanıb, Aftandil Hacıyevin isə müqaviləsinin şərtləri dəyişdirilib.

 

Aftandil Hacıyev ötən ildən "Səbail"i çalışdırır. Paytat təmsilçisi mövsümü 3-cü pillədə başa vurub.

Xəbər xətti