Fələstin - Misir oyunu təxirə salındı - İsrailə görə

13:13 - 16 İyun 2019

Fələstin Futbol Federasiyası yığmanın Misirin U-23 millisi ilə keçirəcəyi yoxlama görüşünün təxirə salındığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qurum işğal altında olan Qüdsün yaxınlığında yerləşən Er-Ram bölgəsindəki Faysal Əl-Hüseyni stadionunda keçirilməsi planlaşdırılan görüşün ləğv olunduğunu bəyan edib.

 

Buna İsrail hökümətinin Misir yığmasının üzvlərinə giriş izni verməməsi səbəb olub. Bundan əlavə, İsrail tərəfi 13-19 iyunda Fələstində təlim-məşq toplanışı keçirmək istəyən İordaniya yığmasına da keçid üçün icazə verməyib.

 

Fələstin Futbol Federasiyası FIFA, Asiya Futbol Konfederasiyası və Ərəb Futbol Federasiyalarını İsrailin bu davranışını qınamağa çağırıb. 

Xəbər xətti