"Real"dan "Atletiko"ya keçdi - 40 milyona

İspaniyanın "Atletiko" klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi şəhərin digər komandası "Real"ın yarımmüdafiəçisi Markos Lyorenteni transfer edib. "Hindular" bu keçid üçün 40 milyon avro təzminat ödəyib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, ispaniyalı oyunçu "Real"ın yetirməsidir. Lyorente "kral klubu"nun əsas komandasında 22 oyuna çıxıb.

Tarix: 20 İyun [15:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2019
23  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio