"Barselona" və "Valensiya" qapıçılarını dəyişdi

23:47 - 25 İyun 2019

İspaniya "Valensiya" klubu "Barselona"nın qapıçısı Yasper Sillesseni transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı hollandiyalı qolkiperlər 3 illik müqavilə imzalanıb. "Valensiya" bu keçid üçün qarşı tərəfə braziliyalı qapıçısı Netonu verib.

 

Kataloniyalılar hələ ki, 29 yaşlı qapıçı ilə müqavilə imzaladığını bəyan etməyib.

 

Sillessen 2016-cı ildə "Ayaks"dan "Barselona"ya keçmişdi. "Valensiya" isə 2017-ci ildə Netonu "Yuventus"dan transfer etmişdi.

Xəbər xətti