"Tobol" Emil Balayevi Avropa Liqası üçün sifariş etdi

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jeness"i ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

 

Sportal.az xəbər verir ki, Kostanay təmsilçisi 23 futbolçunu sifariş edib. Siyahıda Emil Balayevin də adı yer alıb.

 

Komandalar arasında ilk oyun iyulun 11-i Lüksemburqda reallaşacaq. Cavab oyunu isə ayın 18-i Astanadakı "Astana Arena"da baş tutacaq.

 

"Tobol" ev oyununu təmsil etdiyi şəhərdə keçirməyəcək. Buna səbəb Kostanay hava limanında təmir işlərinin getməsidir.

Tarix: 7 İyul [19:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2019
15  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio