"Partizani" - "Qarabağ" oyununun statistikası - FOTO

11:01 - 11 İyul 2019

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə Albaniya təmsilçisi "Partizani"ylə 0:0 hesablı heç-heçə edib.

 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanın statistikasında komandalar arasında böyük fərq olmayıb.

 

Topa yiyələnmə faizində "Qarabağ" üstündür - 63:37 faiz.

 

"Partizani" 4, "Qarabağ" 2 dəfə qol vurmağa cəh edib. Meydan sahiblərinin 3 zərbəsi çərçivəyə ünvanlanıb. "Qarabağ"ın bir zərbəsi qapı tirinə tuş gəlib, digər epizodda isə blok qoyulub.

 

Künc zərbələrində "Qarabağ" meydan sahiblərindən üstün olub - 7:2.

 

 

Xəbər xətti