Göz yaşları içində karyerasını başa vurdu - FOTOLAR

13:34 - 11 İyul 2019

Portuqaliyanın "Benfika" klubunun hücumçusu Jonas Qonsalves Oliveyra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu 35 yaşında butsılarını mıxdan asmağa qərar verib. "Benfika" futbolçu üçün vida mərasimi təşkil edib.

 

Azarkeşlərlə vidalaşan Jonas göz yaşlarını saxlaya bilməyib.

 

Braziliyanın "Quarani" klubunun yetirməsi olan Jonas "Santos", "Qremio" və "Valensiya" klublarında da çıxış edib. O, "Benfika"da 2014-2019-cu illərdə 183 oyuna 137 qol vurub. Jonas Braziliya millisində 12 oyun keçirib və 3 dəfə rəqib qapıçıları məyus edib.

 

Xəbər xətti