"Universitatya" - "Səbail": hakimlər açıqlandı

16:20 - 15 İyul 2019

"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya"ya (Rumıniya) səfər oyununa hakim təyinatları açıqlanıb. Görüş islandiyalı hakimlər briqadasına həvalə olunub.

 

Sportal.az xəbər verir ki, matçı Helgi Mikael Yonasson idarə edəcək. Onun köməkçiləri Yohann Qudmundsson və Bringeir Valdimarsson olacaq. Dördüncü hakim funksiyasını isə İvar Orri Kristyansson yerinə yetirəcək.

 

İyulun 18-də keçiriləcək "Universitatya" - "Səbail" oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında paytaxtımızda keçirilən ilk matç təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xəbər xətti