Vüqar oynadı, Sabiq "Qəbələ"li qol vurdu, "Liepaya" mərhələ adladı

01:01 - 19 İyul 2019

Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviyanın “Liepaya” klubu səfərdə Belarusun “Dinamo” klubu ilə qarşılaşıb.

 

2:1 hesabı ilə qalib gələn "Liepaya" növbəti mərhələyə yüksəlib. İlk oyunda komandalar 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

 

"Bakı"nın sabiq baş məşqçisi Aleksandr Starkov 77-ci dəqiqədə Vüqar Əsgərovu oyuna buraxıb. "Liepaya"nın ikinci qoluna "Qəbələ"nin sabiq futbolçusu Dodo imza atıb.

 

Latviya təmsilçisi II raundda İsveçin “Norçöpinq” klubu ilə qarşılaşacaq.

Xəbər xətti