"Bayern"in yeni transfer hədəfi

13:46 - 22 İyul 2019

"Bayern" Aryen Robbenlə Frank Riberinin ayrılığından sonra hücumun cinahına futbolçu axtarışını davam etdirir.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Siti"dən Leroy Saneni transfer edə bilməyən Münhen təmsilçisi bu dəfə "Kristal Pelas"ın vingeri Uilfried Zahaya göz dikib. Almaniya çempionunun Fil Dişi Sahili millisinin üzvü üçün təklif göndərməyə hazırlaşdığı bildirilir.

 

Daha öncə "Kristal Pelas" Arsenal"ın 26 yaşlı futbolçu üçün göndərdiyi 45 milyon avroluq təklifə rədd cavabı vermişdi. London klubu "topçular"dan 90 milyon avro istəmişdi.

 

Zaha ötən mövsüm Premyer Liqada 36 oyuna 10 qol vurub, 10 assist etmişdi.

Xəbər xətti