Kaliniçdən ayrılıq qərarı

18:34 - 22 İyul 2019

İspaniyanın "Atletiko" klubu hücumçusu Nikola Kaliniçi ABŞ-dakı təlim-məşq toplanışına aparmayıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, xorvatiyalı forvard Madrid klubundan ayrılmağa qərar verib.

 

31 yaşlı futbolçunun adı daha öncə "Real Betis", "Monako" və "Sevilya" ilə hallanıb.

 

"Atletiko" Kaliniçi ötən yay "Milan"dan 15 milyon avroya transfer etmişdi.

Xəbər xətti