Məşhur futbolçunun oğlu "Borussiya"da

18:58 - 22 İyul 2019

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu yein transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın "Qenqam" klubunun hücumçusu Markus Türamı transfer edib. "Borussiya" bu keçid üçün 9 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu yeni klubunda 10 nömrəli forma altında çıxış edəcək.

 

İtaliyanın Parma şəhərində doğulan Markus Fransa millisinin sabiq futbolçusu Lilian Turamın oğludur. Məşhur müdafiəçinin 18 yaşlı oğlu Xefren Türam isə "Nitsa"ya transfer olub.

Xəbər xətti