Rusiyada Azərbaycan derbisi: Ramillə Ayaz üz-üzə gəldi

Rusiya Premyer Liqasında 4-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasnı geyindi "Dinamo" "Spartak"ın qonağı olub. Moskva derbisində hesab açılmayıb.

 

Şeydayev oyuna start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəz olunub. "Spartak"ın heyətində çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev isə 90 dəqiqə meydanda olub.

 

"Dinamo" və "Spartak" 5 xalla 8-9-cu yerləri bölüşür.

Tarix: 3 Avqust [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio