Alissondan "Liverpul"a üzücü xəbər

14:25 - 12 Avqust 2019

İngiltərə Premyer Liqasının ilk turunda "Norviç Siti"yə 4:1 hesabı ilə qalib gələn "Liverpul"un qapıçısı Alisson Beker topu oyuna daxil edərkən əzələsini dartmışdı. Oyunu davam etdirə bilməyən braziliyalı qapıçını yeni transfer Adrian əvəzləməli olmuşdu.

 

Sportal.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, 26 yaşlı əlcək sahibinin durumuna aydınlıq gəlib. Braziliya yığmasının üzvü 4-8 həftəlik sıradan çıxıb.

 

Alisson avqustun 14-ü, UEFA Super Kubokunda "Çelsi"yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Xəbər xətti