"Qarabağ"ın səfər qələbəsini qeydə almış isveçrəli

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Linfild" - "Qarabağ" oyununu isveçrəli FIFA referisi Sandro Şörer idarə edəcək.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı ədalət sahibi daha öncə bir dəfə "Qarabağ"ın qarşılaşmasında baş hakim olub. Şörer 2017/2018 mövsümündə Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun Ukraynada "Vorskla"ya qarşı keçirdiyi görüşü idarə etmişdi.

 

Poltavada baş tutan görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı. Yeganə qolu penaltidən Araz Abdullayev vurmuşdu. Meydan sahiblərinin dörd, "Qarabağ"ın iki futbolçusu (Maksim Medvedev, Donald Gerye) sarı vərəqə almışdı.

 

İsveçrəli referi bu mövsüm Avropa Kuboklarında ilk oyuna baş hakim kimi təyinat alıb. Şörer indiyədək 32 beynəlxalq oyun idarə edib. O, bu qarşılaşmalarda 12 penalti təyin edib, 132 sarı vərəqə göstərib, 9 dəfə isə futbolçunu meydanda qovub.

 

22 avqust

Avropa Liqası, pley-off mərhələsi, ilk oyun

 

22:45 "Linfild" - "Qarabağ"
Baş hakim
: Sandro Şörer
Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zogay
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mikael Salzer (İsveç)
Belfast. "Vindsor Park".

Tarix: 18 Avqust [12:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio