Ştuxlik məşqçilərə əsəbləşdi: "Gedin, işinizlə məşğul olun!"

14:36 - 18 Avqust 2019

AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik Azərbaycan Radiosunda İlkin Babanın qonağı olub.

 

Sportal.az xəbər verir ki, verilişdə baş məşqçilərin hakim qərarlarına etirazı ilə bağlı səsləndirdiyi suala komitə sədri sərt cavab verib:

 

"Əvvəlcə sual verək ki, hakimlərin səhv etdiyini kimlər deyir? Əgər bunu məşqçilər deyirsə, burada başqa bir sual ortaya çıxır.

 

Məşqçilərin özlərinin oyun qaydaları haqqında bilikləri hansı səviyyədədir? Onlar o qədər biliklidir ki, hakimin səhv ya düz qərar verdiyini təyin edə bilir?

 

Mən məşqçilərin seminarlarlarında iştirak etmişəm və şahidi olmuşam ki, onlarda qaydalarla bağlı xeyli boşluqlar var.

 

Onlar üçün hələ öyrənəsi çox şey var. Ona görə də qaydaları öyrənsinlər və gedib, işləri ilə məşğul olsunlar.

 

Necə ki, mən gedib heç bir məşqçiyə oyun taktikası ilə bağlı göstərişlər vermirəm, onlar da hakimlərin işinə qarışa bilməz. Odur ki, hakimlərin işini görməsinə mane olmasınlar, işlərinə müdaxilə etməsinlər".

Xəbər xətti