Balotelinin yeni klubu ilə müqavilə şərtləri

16:09 - 18 Avqust 2019

İtaliya A Seriyasına qayıdan "Breşiya" klubu ilə anlaşan Mario Balotellinin müqavilə şərtləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. Mario ilk mövsüm 1,5 milyon avro maaş alacaq. Daha 1,5 milyon bonuslar şəklində əlavə edilə bilər. Əgər komanda İtaliya A Seriyasında qalsa, hücumçunun növbəti mövsümdəki maaşı illik 4 milyon avro olacaq.

 

"Breşiya" klubu avqustun 17-də transferi həll etsə də, icitmaiyyətə açıqlamayıb. Klub prezidenti Massimo Sellinonun 17 rəqəmini sevmədiyi üçün transfer təqdim edilməyib.

 

Əvvələr "Lids" və "Kalyari" klublarının rəhbəri olmuş Sellino 17 rəqəminə görə məşhurlaşıb. Həmin klublarda 17 nömrəli formanı geyən olmayıb. Komandanın ev oyunlarını keçirdiyi stadionlarda 17 nömrəli sıra və yerə rast gəlmək mümkün deyildi.

 

Sellino italyan mədəniyyətində uğursuz sayılan 17 nömrəsinə dərin bir şübhə ilə yanaşır.

 

Balotelli ötən mövsümü "Nitsa" ilə "Marsel"də keçirib və 25 oyuna 8 qol vurub, 1 assist edib.

Xəbər xətti