Starric "Trabzonspor"a keçir

16:24 - 19 Avqust 2019

İngiltərənin "Liverpul" klubundan ayrılan Deniel Starric karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Fransanın "Monako" klubu ingilis futbolçu ilə anlaşa bilməyib. 29 yaşlı futbolçunun "Trabzonspor"la 3 illik müqavilə imzalayacağı gözlənilir.

 

Starric 2013-2019-cu illərdə "Liverpul"da çıxış edib.

Xəbər xətti