Falkaonun "Qalatasaray"dakı maaşı məlum oldu

11:24 - 21 Avqust 2019

"Monako"nun hücumçusu Radamel Falkao tezliklə "Qalatasaray"a transfer olacaq. Təcrübəli forvard cümə gününə kimi İstanbula gələcək və "sarı-qırmızılar"la müqavilə bağlayacaq.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, 33 yaşlı forvardla 3 illik anlaşma əldə edilib. Kolumbiya millisinin üzvü 2019/2020 mövsümü üçün 4 milyon 750 min avro maaş alacaq. 2020/2021 mövsümün Falkaonun məvacibi 5 milyon avro olacaq. 2021/2022 mövsümündə isə ulduz futbolçunun əmək haqqı 5 milyon 250 min avro olacaq. Müqavilədə bonuslar da yer alıb. Bonuslarla birgə illik maaşın 7 milyon avroya qədər yüksələcəyi gözlənilir.

 

"Monako" Falkaonu 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi. 

Xəbər xətti