Frank Riberinin transferi açıqlandı

14:48 - 21 Avqust 2019

İtaliyanın "Fİorentina" klubu "Bayern"dən ayrılan Frank Riberini transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi müqavilə imzalamaq üçün Florensiyaya gəlib. "Bənövşəyilər" ulduz futbolçu ilə 2 illik anlaşıb. Riberi bu müddətdə 8 milyon avro maaş alacaq. Daha 1 milyon avro məvacib bonus şəklində ödənilə bilər.

 

Fransa millisinin sabiq üzvü "Brest", "Mets", "Qalatasaray", "Marsel" və "Bayern" kimi klublarda çıxış edib. Riberi 2007-ci ildən çıxış etdiyi Münhen təmsilçisində 425 oyuna 124 qol vurub, 182 assist edib.

Xəbər xətti