Renat Dadaşov Portuqaliya Premyer Liqasında ilk oyununa çıxdı - VİDEO

12:12 - 25 Avqust 2019

Portuqaliya Premyer Liqasında üçüncü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra" klubu səfərdə "Boavişta" ilə 1:1 hesablı heç-heçə edib.

 

Renat bu görüşdə debüt imkanı qazanıb. Start heyətdə oyuna başlayan 20 yaşlı forvard 80-ci dəqiqədə əvəzlənib.

 

"Pasuş de Ferreyra" üç turdan sonra bir xal toplayıb və sonuncu - 18-ci sırada qərarlaşıb.

 

Xəbər xətti