Rəşad Sadiqov yaşıl meydanlara qayıtdı

Azərbaycan Premyer Liqasının ikinci turunda "Keşlə" səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldi.

 

Sportal.az xəbər verir ki, "Keşlə"nin heyətində Rəşad Sadiqov ikinci hissənin sonlarında meydana daxil olub. 35 yaşlı yarımmüdafiəçi sonuncu dəfə 2018-ci ildə "Neftçi"nin heyətində meydana çıxmışdı. O, mayın 20-də Premyer Liqanın son turunda Gəncədə "Kəpəz"ə qarşı oynamışdı.

 

Azərbaycan millisini sabiq üzvü ölkə çempionatında 387-ci oyununu keçirib. Sadiqov daha bir oyun keçirsə, Azər Məmmədova çatacaq.

 

Azərbaycan çempionatında ən çox oyun keçirən futbolçu isə Mahmud Qurbanovdur. "Professor" 421 dəfə yaşıl meydanlara ayaq basıb.

Tarix: 26 Avqust [12:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio