Samir Məsimov Rusiya klubunda

"Keşlə"dən ayrılan Samir Məsimov Rusiyaya qayıdıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Rusiya Peşəkar Futbol Liqasının qərb zonasında mübarizə aparan "Olimp" klubuna transfer olub. Ximki təmsilçisi Azərbaycanın U-21 millisinin sabiq üzvü ilə bir illik müqavilə bağlayıb.

 

"Olimp" klubunda Azərbaycan millisinin sabiq üzvü Abdulla Abatsiyev də çıxış edir.

 

Samir Məsimov Azərbaycanda "Neftçi", AZAL və "Keşlə"də oynayıb. O, daha öncə Rusiyanın "Fakel" klubunda çıxış edib.

Tarix: 4 Sentyabr [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 İyul 2020
2  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio