Səlahət Ağayev: "Yığmada heç bir psixoloji gərginlik yoxdur"

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev Kardiff şəhərində Uels yığmasına qarşı keçirəcəkləri AÇ-2020-nin seçmə oyunundan əvvəl təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, "Neftçi"in qolkiperi oyuna tam hazır olduqlarını bildirib:

 

"Bizi çətin oyun gözləyir. Rəqibin təqdimata ehtiyacı yoxdur. Bakıya müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Yığmada heç bir psixoloji gərginlik yoxdur. Komandamız oyuna tam hazırdır".

 

Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Tarix: 6 Sentyabr [00:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio