Fatih Terimə dörd oyunluq cəza

11:07 - 6 Sentyabr 2019

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi dörd oyunluq cəzalandırıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, buna 66 yaşlı mütəxəssisin Super Liqanın üçüncü turunda “Kayserispor”la matçdan sonra mətbuat konfransındakı açıqlamaları olub. Onun sözlər idman qaydalarına zidd hesab edildiyi belə cəza tətbiq edilib. Təcrübəli mütəxəssis 19 min türk lirəsi cərimə edilib.

 

“Qalatasaray”ın məşqçisi Ümit Davala "Kayserispor"la görüşdə azarkeşləri təhqir etdiyi üçün üç oyunluq cəzalanıb, 19 min 500 türk lirəsi cərimələnib.

 

Fatih Terim “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbaxça” və “Gənclərbirliyi” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.

Xəbər xətti