Robert Prosineçki qərarını dəyişdi

AÇ-2020-nin seçmə mərhələsində səfərdə Ermənistana 2:4 hesabı ilə uduzan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki istefa vermişdi.

 

Sportal.az sportsport.ba-ya istinadən xəbər verir ki, Bosniya və Herseqovina Futbol Federasiyası xorvatiyalı mütəxəssisin istefasını qəbul etməyib. Prosineçki seçmə mərhələnin sonuna qədər millidə qalacağını deyib:

 

"Məğlub olduğumuz oyundan sonra məsuliyyəti öz üzərimə götürdüm və istefa verdim. Ancaq bu gün toplantıda rəhbərlik mənə tam dəstək oldu və seçmə mərhələnin sonuna qədər yığmada qalmağa razılaşdım. Əslində, verdiyim qərarların arxasında dayanan insanam, ancaq rəhbərlik üçün yığmanın baş məşqçi postunda qalmağa razı oldum. UEFA Millətlər Liqasından Avropa çempionatına getmək şansımız da var".

 

Bosniya və Herseqovina AÇ-2020-nin seçmə mərhələsində altı oyuna yeddi xal toplayıb.

 

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. Prosineçki 2018-ci ildən Bosniya və Herseqovinanı çalışdırırdı.

Tarix: 10 Sentyabr [22:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2019
23  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio